eTwinning Projesi Geleceğimin Öyküsünü Yazıyorum Azerbaycan-Türkiye ortak yürütülen proje . Tüm dünyayı etkisi altına alan salgın sürecinde tüm insanlar gibi öğrencilerimizde evlerine kapanmıştır. Sürecin ne zaman son bulacağı bilinmediğinden bu durum onları karamsarlığa sürüklemektedir. Öğrencilerin duygularını serbest bırakmalarını sağlamak amacıyla salgın sonrası nasıl bir gelecek hayal ettiklerini yazıya dökmelerini amaçlıyoruz.
28 Nisan 2021 Çarşamba
27 Nisan 2021 Salı
Gamze Güller Söyleşisi
Öğrencilerimiz "Durmuş saatler dükkanı"öykü kitabını okudular ve yazarıyla verimli bir vakit geçirdiler. Kitaptaki öyküler hakkında merak ettiklerini sordular. Yazarımız çok samimi cevaplar verdi. Emeği geçen herkese teşekkür ederim.
22 Nisan 2021 Perşembe
21 Nisan 2021 Çarşamba
Medya Okuryazarlığı ve Dezenformasyon Semineri
16 Nisan 2021 Cuma
Yazar Mustafa Çiftçi ile söyleşi
11 Nisan 2021 Pazar
9 Nisan 2021 Cuma
1. Takımın okuyacağı öyküler belirlendi
8 Nisan 2021 Perşembe
Nimet TOLU/Nurettin Çarmıklı Anadolu İmam Hatip Lisesi/2. Karma Grup Etkinliği
Projemizde oluşturulan karma gruplarla keyifli etkinlikler hazırlıyoruz. 2. grup olarak ilk toplantımızı yaptık. Tablo altına hikaye yazma konusunda öğrencilerimizle öncelikle tablomuzu belirledik şimdi hikayemizi şekillendiriyoruz.
7 Nisan 2021 Çarşamba
1. Takım ( Öykü belirleme anketi )
https://docs.google.com/forms/d/e/1FAIpQLScrH5BV85q2Uri60MwI8ZIcsOUTPlKBuEBrXYb8-NTFKo4Yyw/viewform?usp=sf_link
Öğrencilerin seçtikleri öyküleri yazdık. Seçilecek ilk üç öyküyü işbirliği içinde okumalarını istedik.
Öykü yazıyoruz etkinliğimiz
Öğrenciler bu etkinlikte anket sonucuna göre belirlenen konu hakkında öykü yazdılar. Öykümüzün konusu "Dostluk"
e dergimiz : https://www.flipgorilla.com/p/26675824929290793/show
8 Mart Dünya Kadınlar Günü Etkinliğimiz
Öğrenciler sevdikleri kadın öykü kahramanların resimlerini çizdiler
Yazar söyleşisi ( ABDULLAH HARMANCI )
10.03.2021
İkinci öğrenci çevrimiçi toplantısı
10.03.2021
Öğrenci çevrimiçi toplantısı
10.03.2021
24.02.2021
Öğrencileriminizin öykü okuyoruz etkinlikleri ( ORTAK ÜRÜN )
Gulbeniz
Bir gün Xeyir və Şər adlı iki cavan öz şəhərlərindən çıxıb başqa bir şəhərə yollandılar. Yol üçün tədarük görmüş, azugə götürmüşdülər. Bir neçə gün yol getdikdən sonra Xeyir azuqəsini açıb ortaya goyur. Şər isə öz azuqəsini saxlayırdı.
Bir xeyli gedəndən sonra elə bir çölə çatdılar ki, bürkü təndir alovu kimi üz qarsırdı. Şər bu uzun çöldən xəbərdar idi. Ona görə də meşkində sudan saxlamışdı. Xeyir isə bundan xəbərsiz idi. Güman edirdi ki, bütün yol boyu su olacaq.
Onlar susuz çöldə yeddi gün yol getdilər. Xeyrin suyu qurtarmışdı. Susuzluqdan yanırdı. Şər isə saxladığı sudan xəlvətçə içirdi. Xeyir susuz olsa da, ona yalvarıb su istəyə bilmədi, baxa-baxa qaldı. Axırda susuzluqdan ciyəri yandı. Bir azdan sonra bu susuz yolçu lap dildən düşdü. Yanında od kimi qızaran ləli var idi. Ancaq nə edəsən, belə yerdə ləli su əvəzi içmək olmaz ki! Yazıq Xeyir ləlləri çıxarıb Şərin qabağına qoydu:
Inci Erdoğan
-Susuzluqdan yandım, – dedi,- əlac elə. Bir içim su ver; ya yoldaşlıq naminə, ya da neçəyə deyirsən sat. Şər adına münasib danışdı:
– Mən daşürəkli adamam, məndən mərhəmət umma. Mən çoxlarına tələ qurmuşam, çox divlər aldatmışam, səninn kələyinəmi uyacağam? Sən bu dar gündə ləlləri mənə verib susuzluğunu söndürmək istəyirsən. Şəhərə qayıdanda tutub geri alacaqsan. Mən belə gövhərə su vermərəm. Elə bir gövhər istəyirəm ki, geri ala bilməyəsən.
Xeyir soruşdu:
– Hansı gövhərdir o? De, bu saat verim!
Şər dedi:
-Mən sənin gözlərini istəyirəm. Onları geri almaq mümkün olmaz. Gözlərini ver, su iç! Yoxsa bir damcı da vermərəm!
Konul Qafarova
Xeyir dedi:
-İnsafsız olma, bir içim su üçün gözlərimi istəyirsən? Gözümü çıxarmaqla əlinə nə gələcək? Tamahın güc gətirirsə baha sat, qızıl-gümüş istə, ləli də al, başqa nəyim var hamısını al, mənə su ver! Dilimdən kağız verərəm, and içərəm ki, dünyada nə var-dövlətim varsa hamısı sənin olsun! Ancaq gözümə dəymə. Bir içim su üçün rəhimsizlik eləmə!
Şər dediyindən dönmədi:
– Bu sözlər əbəsdir! Susuzluqdan sən bu saat bütün var-yoxdan əl çəkirsən. Ancaq dardan qurtaranda hamısını danacaqsan. Mən gövhər- zad istəmirəm. Verirsən gözlərini ver, vermirsən sudan tamahını çək!
Xeyir Şərin inadına mat qaldı. Əlacsızlığından ağladı. Gördü ki, susuzluq onu həlak edəcəkdir. Çarəsiz qalıb razı oldu!
– Buyur, – dedi, -bıçaq gətir, gözümü çıxar, mənə su ver içim!
Xeyir elə güman edirdi ki, təklifinə razı olsa, Şər rəhmə gələr. Şərsə onun halına yanmadı. Bıçaqla yoldaşının gözlərini çıxartdı; ancaq su vermədi. Şeylərini də yığışdırıb qaçdı. Kor olmuş və soyulmuş Xeyir peşman və əlacsız, qanına bulaşmış halda torpaqlar üzərində qaldı.
Konul Huseynova
Mal-qara, qoyun-quzu sahibi olan çox varlı bir kürd var idi. Qohum-əqrabasından da yeddi-səkkiz kasıb ailəni özü ilə götürmüşdü. Onları dolandırırdı. Varlı kürd köçəri həyat sürürdü. Otluq, çəmənlik yerlərdə mənzil salıb sürünü bir yerdə otarır, sonra başqa yerə köçürdü. Kürdün, qara gözlü, hindu xallı gözəl bir qızı vardı. Min cür naz-nemət və ərköyünlüklə böyümüş, sərv boylu bir gözəl idi.
Qız bulaq suyu arzuladı. Yoldan bir az kənarda soyuq bulaq var idi. Bulağın suyu dərində deyil, üzdə idi. Qız küzəsini doldurub evlərinə tərəf yollandı.Yolda uzaqdan bir nalə eşitdi. Ayaq saxlayıb qulaq asdı. Kimsə inildəyirdi. Qız səs gələn tərəfə getdi. Qana bulaşmış bir cavan gördü. İnildəyib “su” deyirdi. Qızın ürəyi yandı. Cavana yaxınlaşıb soruşdu:
– Ey cavan sən kimsən? Nədən bu hala düşmüsən?
Xeyir dedi:
– Ey səs sahibi, mələkmi, pərimisən? Mən bədbəxtəm, başımın macərası uzundur. Susuzluqdan ölürəm, mənə bir içim su!
Nigar KÖSTEPE YÜCE
Qız Xeyirə su verdi.Yazıq doyunca içdi. Ürəyinə qüvvət, dizinə taqət gəldi, dirçəlib oturdu. Qız bunu görüb sevindi. Onun çıxarılmış gözlərinə baxdı. Göz çıxmışdısa da, ağı-qarası salamat idi. Odur ki, onları öz yerlərinə qoyub bağladı. Cavanın qolundan tutub ayağa qaldırdı. Əlindən tutub düşərgələrinə apardı. Onu qulluqçuların birinə tapşırdı:
– Ehtiyatlı ol, incitmə! Yavaş-yavaş bizim qapıya apar!
Qız özü isə tez anasının yanına qaçdı, gördüyünü ona söylədi.
Anası dedi:
– Nə üçün gətirmədin? Gətirəydin, yazığa bir çarə edəydik.
Qız dedi:
– Ana, gətirmişəm, yaxınlaşanda qulluqçuya tapşırdım, bu saat gəlib çıxar….
Qulluqçu cavanı gətirdi. Yer düzəldib onu rahatladılar. Sonra süfrəyə xörək gətirdilər. Xəstə bir az yedi, başını yenə yastığa qoyub zarıdı.
Axşam qızın atası çöldən qayıtdı. Şam eləmək həvəsi ilə evə girəndə, yataqda huşsuz uzanmış xəstəni görüb soruşdu:
– Bu kimdir? Hardan gəlmişdir?
Onun yoldan tapıldığını və gözünün çıxarıldığını dedilər. Kürd xəstəni görüb dedi:
Nimet Tolu
-O hündür ağacdan bir neçə yarpaq yığmaq və döyüb suyunu xəstənin gözünə tökmək lazımdır. O, yaranın hərarətini alar, xəstənin gözünü sağaldar. Kürd sonrabağacın yerini göstərib dedi:
– Bulağın yanında, ətirli bir ağacdır. Kökə yaxın yerindən, aralı iki balaca budaq çıxmışdı. Budaqlardan birinin yarpağı, huri paltarı kimi yumşaqdı, sönən gözə nur verir. O biri budağın yarpağı abi-həyat kimidir. Baş ağrısının dərmanıdır.
Qız atasının sözlərini eşidib sevindi.
– Atacan, yazıqdır, buna əlac edək!
Kürd qızının xahişini yerə salmadı.Gedib həmin yarpaqdan gətirdi. Qız yarpağı döyüb suyunu sıxdı. Kürd dərmanı xəstənin gözünə tökdü. Xəstə bir saat yatağında oturub dərmanın təsirini gözlədi. Yenə başını qoyub yatdı.
Beş gün xəstənin gözünə dərman qoyub bağladılar. Sonuncu gün yaranı açdılar. Gözü tamam-kamal sağalıb anadangəlmə olmuşdu.
Sərvboylu cavanın gözlərinin açılması kürd qızını hamıdan çox sevindirdi. Qızın ona məhəbbəti günü-gündən artırdı. Qızın sevgisi Xeyirin də ürəyində yer eləmişdi.
Pınar Karabulut
Xeyir hər səhər tezdən qalxıb kürd ilə işə gedirdi. Dəvə otarar, qoyunu canavardan qoruyar, qoyun-quzuya qarovul çəkərdi.
Köçəri kürd Xeyirin fərasətini, işə can yandırdığını görüb onu əzizlədi. Etibar edib bütün var-yoxunu ona tapşırdı. Xeyir evə, ailəyə tamam məhrəm olandan sonra sirrini açmağa başladı.
Onun başına gələn macəranı, gözünün kim tərəfindən, nə üçün çıxarıldığını soruşdular. Xeyir Şərin işlərini bir-bir açıb dedi. Onunla yoldaş olduğunu, susuzluğa düşdüyünü, bir içim suya ləl verdiyini danışdı. Şərin vəfasız olduğunu, suyu göz bahasına satdığını və nəhayət gözünü çıxartdığını, su verməyib qaçdığını başdan-ayağa söylədi.
Xeyri yaxşı tanıyandan sonra kürd və ailəsi daha da mehriban oldu. Ona doğma adam kimi baxdı. Xeyrə kürd qızı özü qulluq edirdi. Onun eşqi ilə yaşayır, bir gün onu görməyəndə ürəyi partlayırdı. Xeyir də ona könlünü vermişdi. Canını belə ondan əsirgəməzdi. Qızın atasına sədaqətlə qulluq edirdi. Bilirdi ki, onu sağaldan, yenidən həyata, işıqlı dünyaya qaytaran qız olmuşdur.
Lakin Xeyir güman edirdi ki, elə varlı kişinin qızı mənim kimi yoxsulun birinə könül verməz!
Buna görə də Xeyir istəyirdi ki, bu evdən uzaqlaşsın, başqa bir yerə səfər eləsin; bəlkə beləliklə kürd qızının məhəbbətini unuda!
Ravana Asgarova
Bir gün kürdün hüzuruna gəlib dedi:
– Ey qəribin qolundan tutan, sən mənim gözümü sağaltdın! Bütün həyatım boyu sənə borcluyam. Boynumda böyük haqqın var. Daha bəsdir, utanıram. Sizə artıq zəhmət vermək istəmirəm. Sizdən ayrılmaq mənim üçün çətin olsa da, nə edim?! Uzun zamandır vətəndən çıxmışam. Elimdən, günumdən xəbərsizəm. İstəyirəm səhər tezdən vətənimə yola düşəm.
Doğrudur, ayrılıram, ancaq ömrüm boyu sizi unutmayacağam! Sizin məhəbbətinizi ürəyimdən çıxarmayacağam. Sizdən də son xahişim budur ki, məni unutmayasınız!
Xeyir bu sözləri deyəndə, kürdün ürəyi yumşaldı. Qız atasına baxıb hönkürtü ilə ağladı. Kürd ailəsinə böyük kədər üz vermiş kimi, hamı kövrəldi.
Başlarını aşağı salıb yerlərində dondular. Heç kim danışmırdı. Xeyirxah kürd Xeyri yanına çağırıb dedi:
Elnare Agayeva
– Ey qonaq və mehriban cavan! Sən bu yeri özünə vətən, bizi də özünə el-gün bil! Öz şəhərinə getsən, başqa bir yoldaşından daha bir zərbə də yeyəcəksən. Gəl, burda qal. Yaxşı-yaman, az-çox nəyim varsa, hamısı sənin əlində, ixtiyarında qalsın. Mənim qızımdan əziz heç kimim yoxdur. Gözəl, mehriban, zəhmət sevən qızdır. Ürəyinə yatsa, qızımı sənə verərəm. Səni canımızdan əziz saxlarıq. Mən də sizin mehriban həyatınızı görüb sevinər, sayənizdə qalan ömrümü başa vuraram.
Xeyir kürddən bu atalıq nəsihətini eşidəndən sonra ona təşəkkür elədi, şad xəbərdən sevindi və gecəni arxayın yatdı.
Kürd səhər tezdən yuxudan oyandı. Toy tədarükünü gördü. Bütün ömrünün sevinci olan qızını Xeyrə ərə verdi.
Axırda, o yerdən köçüb başqa bir yerə getməli oldular; Xeyir, gözünə şəfa verən səndəl ağacının hər iki budağından çoxlu yarpaq yığıb bir çuvala doldurdu. Budaqlardan birinin yarpağı isə göz ağrısının dərmanı idi.
Tarana Muradova
Xeyir bu yarpaqların hikmətini heç kəsə danışmadı.
Kürd ailəsinin köçü gəlib şəhərə çatdı. Həmin şəhərdə şahın qızı baş ağrısına tutulmuşdu. Qızın dərdinə əlac tapılmadığından hamı məyus olmuşdu. Nə qədər adlı-sanlı həkim çağırılmışdı, amma heç biri qıza bir əlac edə bilməmişdi.
Padşah qabaqcadan şərt kəsmişdi ki, kim qızımı sağaltsa qızı ona verib özümə kürəkən edəcəyəm . Qızımın üzünü görüb, müalicəsini bacarmayanların isə boynunu vurduracağam…
Şahın vədini eşidənlər qızın eşqilə şahın yanına gəlirdilər. Xəstənin müalicəsində aciz qalanlar başlarından keçirdilər.
Xeyir şəhər əhlindən bu xəbəri eşitdi. Bildi ki, o xəstənin əlacı səndəl ağacının yarpağıdır. Şaha xəbər göndərdi ki, şahın qızını mən sağaldaram. Lakin Xeyir şahın şərtlərinə razı olmayıb özü şərt qoydu:
– Heç bir şeydə təmənnam yoxdur. Şahdan heç nə istəmirəm. Ancaq şah şadlıq günündə məni unutmasın!
Şah Xeyrin sözündən xəbər tutub onu hüzuruna gətirdi. Xeyir baş əyib şahın otağına girdi.
Şah soruşdu:
– Ey uğurlu cavan, adın nədir?
– Şah sağ olsun, mənim adım Xeyirdir.
– Adı kimi iş görən cavan, müalicənin də axırı xeyir olsun!
Şah Xeyri adamlarından birinə tapşırıb qızın yanına göndərdi.
Xeyir günəş kimi bir gözəl qız gördü. Xəstəlik qızın sərv boyunu əymiş, bənizini soldurmuşdu.
Xeyir cibində səndəl ağacının yarpağından saxlamışdı. Yarpağı suya salıb şərbət hazırladı. Sərin və şirin şərbəti xəstə çox iştaha ilə içdi. Şahzadə şərbəti içən kimi yuxu onu apardı.
Zeynep TUTUK
Qız üç gündən sonra ayıldı. Yedi, içdi, ayağa qalxdı. Qızının sağalması padşahı hədsiz sevindirdi, padşah Xeyrə çoxlu xələt verdi. Vəsiyyət etdi ki, o öləndən sonra Xeyiri ölkəyə padşah seçsinlər.
Çox çəkmədi ölkənin padşahı öldü. Şahlıq Xeyrə çatdı.
Bir gün Xeyir bağa gedirdi. Yolda köhnə yoldaşını-Şəri gördü. Onun bəd əməlləri, mərdimazarlığı yadına düşdü. Yanındakılara tapşırdı ki, boş vaxtında bu adamı yanıma gətirin.
Xeyir bağda məclis qurmuşdu. Kürd də əli qılınclıların dəstəsində şahın qabağında dayanmışdı. Şəri gətirdilər. O, Xeyiri tanımadı. Şadlıqla irəli çıxıb torpağı öpdü, şahın hüzurunda dayandı. Xeyir onu görüb dedi:
Mentor Elnare Agayeva
– Ey başı bədəninə ağırlıq eləyən kişi, adını de!
Şər dedi:
– Mənə səyyah Mübaşir deyərlər. Əlimdən hər iş gələr.
Xeyir dedi:
– Düzünü de, yalandan əl çək! Utan, bir həyan olsun!
– Adım belədir ki, var! İstəyirsən öldür, istəyirsən burax!
Xeyir daha da qəzəbləndi:
– Alçaq! Sənin qanın halaldır! Adın Şər olduğu kimi özün də başdan-ayağa şərsən! Özün adından da pissən. Sən həmin adamsan ki, bir içim sudan ötrü susuza min əzab verdin, onun gözünü tökdün. Axırda da ona su vermədin, var-yoxunu əlindən aldın. Kəmərini də, gövhərini də apardın, ciyərini yandırdın. Bil və tanı, həmin adam mənəm! Sən insanların bədxahısan, hamıya fəlakət arzulayırsan. Xasiyyətinə görə də səninlə rəftar etmək lazımdır. Canını mənim əlimdən qurtara bilməyəcəksən!
Gunel Yaqubova
Şər bu sözləri eşitcək Xeyrin üzünə baxıb onu tanıdı. Xeyrin ayağına düşüb yalvarmağa başladı:
– Amandır, məni bağışla! Nə bəd əməlim varsa, özümə eləmişəm. Əzəldən mənim bəxtim belə imiş! Mənim adım Şər, işim də adım kimi şər olmuşdur. Sən isə adın kimi xeyirlisən. Adına-sanına görə mənimlə rəftar et. Mən pisəm, sən yaxşısan. Mən pislik etmişəm, sən yaxşılıq et, günahımdan keç. Pislik sənin adına yaraşmaz.
Xeyir bu sözü eçidib Şəri buraxdı. Şər ölümdən qurtulduğunu görüb şadlığından ildırım kimi getdi.
Kürd isə ondan əl çəkmədi. Dalınca yüyürüb qılıncla onun boynunu vurdu: – Xeyir xeyirxahdırsa, sən Şərsən. Şər də şər işə rast gəlməlidir!
Kürd Şərin ciblərini, üst-başını axtardı. Kəmərinin altından iki gövhər tapdı, gətirib onları Xeyrə verdi.
Xeyir gövhəri öpüb kürdə bağışladı. Gövhəri gövhər ilə şad elədi, əli ilə gözlərini göstərib dedi:
– Mən sənin sayəndə bu gövhərlərə çatmışam. Bu
gövhərləri sənə verirəm, çünki sən mənim gözlərimə işıq vermisən.
5 Nisan 2021 Pazartesi
Çamardı 75. Yıl Şehit Üsteğmen Murat Erdem Çok Programlı Anadolu Lisesi
Aybuke, İrem ve Asude öğrencilerimiz yazdıkları öyküleri kendileri seslendirdi. Emeğinize sağlık gençler 👏🏼👏🏼
Proje sonu son anket linki
-
Öğrencilerimiz dostluk konulu öykü yazma etkinliğine başladılar. öykümüz
-
Azerbaycanlı kardeşlerimizin Çiçek Bayramını en içten dileklerimizle kutluyoruz. Birlikte bir şeyler ortaya çıkarmak çok keyifliydi. Öğrenc...